"Ultra-sağçı qrupun aksiyaçılarla toqquşması Makron hökumətinin planıdır" - Politoloq

İyunun 27-də Fransanın Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı Əlcəzair əsilli Fransa vətəndaşını güllələyərək öldürməsindən sonra ölkədə kütləvi aksiyalar və iğtişaşlar davam edir. Fransa polisi artıq 719 nəfəri saxlayıb.

 

Ölkənin daxili işlər naziri Jerald Darman tviter səhifəsində 45 min polis və jandarmın aktiv şəkildə vəzifə başında olduğunu qeyd edib. Bundan başqa, Denan, Krua və Rube kimi şəhərlərdə iğtişaşlarla mübarizə aparmaq üçün komendant saatı tətbiq edilib.

 

Dövlət böhranı

 

Fransadakı aksiyaların günü-gündən şiddətlənməsi və Makron hakimiyyətinin problemi həll etmək yerinə polis və jandarmları aksiya iştirakçılarının üzərinə göndərməsi faktiki olaraq rəsmi Parisin dövlət böhranı içərisində olduğunu göstərir. Halbuki nümayişçilərin tələbi 17 yaşlı Naelin qətlinin ədalətli araşdırılmasıdır. Makron hakimiyyətinin məsələyə laqeyd yanaşması, açıq şəkildə irqi, etnik və dini ayrı-seçkiliyi, dinc aksiya iştirakçılarına qarşı polis zorakılığından istifadə etməsi prosesləri daha da gərginləşdirir. Mövcud aksiyalar həm də dünyaya insan haqları, demokratiya dərsi keçən Fransanı içdən nə qədər çürümüş və neqativ idelogiyalarla bəslədiyinin göstəricisidir. Bu ölkə qeyri-fransızlara 2-ci, 3-cü dərəcəli vətəndaş kimi yanaşır, islamafobiya, antisemitizm, neonasizm kimi neqativ tendensiyalar ilə içdən-içə çürüyür. Cəmiyyətdə bu tipli bölünmənin yaratdığı qütbləşmə hazırda aksiyalar fonunda özünü göstərir. Fransadakı hazırkı böhranlı vəziyyət Makron rejiminin yarıtmaz siyasətinin bəhrəsidir. O, hazırda prosesləri sakitləşdirmək yerinə Yelisey sarayında keçirdiyi toplantıda “Hökumət polisin və jandarmın tərəfində olacaq” deyib.

 

Vətəndaş müharibəsi riski

 

 

Etiraz aksiyaları fonunda Fransanın qərbində nümayişçilərlə ifrat sağçılar arasında toqquşmalar olub. Ümumiyyətlə, ultra-sağçı qrupun küçələrə çıxması Fransadakı aksiyaların motivini dəyişə bilər. Qəzəbli kütlənin başqa qəzəbli qrupla toqquşması prosesləri vətəndaş qarşıdurmasına, müdaxilə edilməyəcəyi təqdirdə isə vətəndaş müharibəsinə keçirə bilər. Ehtimal ki, ultra-sağçı qrupun küçələrə çıxması və aksiyaçılarla toqquşması Makron hökumətinin planıdır. Polis və jandarmların ardınca Makronun ultra-mülkiyyətçiləri aksiyaçılara qarşı irəli sürməsi etirazların miqyasını böyüdəcək. Bu prosesdə Makronun istefası şüarlarının da səsləndirilməsi mümkündür.

 

Müəllif: Politoloq Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər.   Sfera.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Kabildəki idarəsi...

Ərdoğan həyat yoldaşını ağlatdı - VİDEO

AK Partiyanın 32-ci Müşavirə və Qiymətləndirmə Düşərgəsinin açılışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan tarixi çıxış edib.   Sfera.az Türkiyə KİV-ə...

Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək

Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Suriya...

Ögey qardaşını öldürdü

Yevlaxda 34 yaşlı kişi ögey qardaşını qətlə yetirib.   Sfera.az-ın xəbərinə görə, rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Vidadi oğlu Əzizov müb...

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...