Ukrayna işğaldan azad etdiyi ərazilərin SAHƏSİNİ AÇIQLAYIB

Ukrayna işğaldan azad etdiyi ərazilərin SAHƏSİNİ AÇIQLAYIB

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar ötən həftə azad edilən ərazilərin sahəsini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, nazir müavini şərqdə azad edilmiş ərazinin 9 kvadrat kilometr, cənubda isə 28,4 kvadrat kilometr olduğunu bildirib. Ümumilikdə 37,4 kvadrat kilometr ərazi işğaldan azad olunub.

 

Malyar sosial media hesabından verdiyi açıqlamada deyib ki, Ukrayna ordusu Baxmut istiqamətində irəliləyir. O, söyləyib ki, Rusiya ordusu Port, Avdiyivka və Marinka istiqamətində hücum cəhdləri edir. Malyar qeyd edib ki, rusların bu istiqamətlərdəki cəhdləri uğursuz olub:

 

“Bu istiqamətlərdə şiddətli toqquşmalar baş verir. Son bir həftədə əməliyyat şəraitinin yaxşılaşdırılması və cəbhə xəttinin genişləndirilməsi nəticəsində azad edilən ərazi 9 kvadrat kilometr artıb".

 

Ukraynanın cənubdakı müdafiə qüvvələrinin Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatlarını davam etdirdiyini vurğulayan Malyar son bir həftədə cənub cəbhəsində azad edilən ərazilərin 28,4 kvadrat kilometr artdığını söyləyib.

 

Qeyd edək ki, Ukraynanın təxminən 100 min kvadrat kilometr ərazisi hələ də işğal altındadır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Ögey qardaşını öldürdü

Yevlaxda 34 yaşlı kişi ögey qardaşını qətlə yetirib.   Sfera.az-ın xəbərinə görə, rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Vidadi oğlu Əzizov müb...

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...