İsveçdən Quranın yandırılması ilə bağlı MÜHÜM AÇIQLAMA
İsveç Qurani-Kərimin yandırılmasına reaksiya verib.
Sfera.az bildirir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi məlumat yayıb. Qurum ölkənin paytaxtı Stokholmda Qurban bayramının ilk günü məscid qarşısında Quranın yandırılmasını pisləyib.
"İsveç hökuməti anlayır ki, ölkədəki nümayişlərdə ayrı-ayrı şəxslərin islamofob hərəkətləri müsəlmanlar üçün təhqiredici ola bilər. Biz heç bir şəkildə İsveç hökumətinin fikirlərini əks etdirməyən bu hərəkətləri qətiyyətlə pisləyirik", deyə nazirlik əlavə edib.
Bəyanatda həmçinin, Quran və digər müqəddəs kitabların yandırılması “açıq-aşkar təxribat” kimi qiymətləndirilib: “İrqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün İsveçdə və ya Avropada yeri yoxdur”.
Xatırladaq ki, iyunun 28-də Stokholmda İraq əsilli Salvan Momika məscidin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.
Günay Rəsulqızı