Fransada aksiyalar böyüyür: ifrat sağçı qruplar da etirazlara qoşulub

Fransada aksiyalar böyüyür: ifrat sağçı qruplar da etirazlara qoşulub

Ötən həftə Fransanın Nanter şəhərində polisin 17 yaşlı gənci öldürməsi ilə başlayan etiraz aksiyaları getdikcə böyüyür. Artıq aksiyalara ifrat sağçı qruplar da qoşulub ki, bu da narahatçılığı artırır.

 

Sfera.az xəbər verir ki, Lion şəhərində polis ifrat sağçı qrupu gözyaşardıcı qazla dağıda bilib. Fransa mediasında yer alan xəbərə görə, gecə keçirilən nümayişlər zamanı 49 nəfər saxlanılıb. Hadisələr səbəbilə 45 min polis və jandarma küçələrə çıxaraq nümayişçilərlə toqquşub.

 

Hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. Etirazların genişlənməyəndən ehtiyatlanan hüquq-mühafizə orqanları şəhər mərkəzlərinə zirehli texnikalar yerləşdirir.

 

Prezident Emmanuel Makron ölkədəki vəziyyəti müzakirə etmək üçün dünən Yelisey sarayında baş nazir Elizabet Borne və daxili işlər naziri Gerald Darmanin də daxil olmaqla nazirlərlə görüşüb. İclasda Makron nazirlərə ölkədə asayişin və sakitliyin bərpası üçün hər şeyi etməyi tapşırıb, eyni zamanda Fransada baş verənləri anlamaq üçün uzunmüddətli araşdırmaya başlamağı xahiş edib.

 

Xatırladaq ki, Fransa polisi iyunun 27-də Nanterredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücü Naheli öldürüb. Gənci qətlə yetirən polis məmuru həbs edilib və mühakimə olunub. Buna baxmayaraq Paris, Marsel və Lion da daxil olmaqla bir çox şəhərdə kütləvi etiraz akasiyaları keçirilir, polislə nümayişçilər arasında toqquşmalar baş verir. Aksiyaların dağıdıcı xarakter alması səbəbindən  10 şəhərdə komendant saatı elan edilib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...

Rusiya Ukraynanın hərbi sənaye komplekslərini hədəf alıb

Rusiya Silahlı Qüvvələri Lvov, Xarkov və Lutsk şəhərlərində Ukraynanın hərbi-sənaye kompleksinə və hərbi aerodrom infrastrukturuna qrup hücumu həyata keçirib. ...