Medvedev taxıl müqaviləsinin ləğvinə ÇAĞIRDI: Avropalı kəndliləri qidalandırmaq vəzifəmiz deyil

Medvedev taxıl müqaviləsinin ləğvinə ÇAĞIRDI: “Avropalı kəndliləri qidalandırmaq vəzifəmiz deyil”

“BMT, Türkiyə və Ukrayna ilə bağlanmış taxıl sazişi ləğv edilməlidir”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O, qeyd edib ki, Rusiya tərəfdaş ölkələrə onsuz da ehtiyac duyduqları ərzaqla kömək edə bilir.

 

Təhlükəsizlik Şurasının sədr müavini hesab edir ki, indiki formada taxıl müqaviləsinə ehtiyac yoxdur və ləğv edilməlidir: “Biz hər halda tərəfdaşlarımıza kömək edə biləcəyik. Lakin avropalı kəndliləri qidalandırmaq vəzifəmiz deyil".

 

Qeyd edək ki, daha əvvəl Kreml taxıl müqaviləsi ilə bağlı Moskvaya vəd edilən razılaşmaların hələ də yerinə yetirilmədiyini, ona görə də hazırda müqavilənin uzadılmasından söhbət gedə bilməyəcəyini bildirib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR