Azərbaycanda 600 manat birdəfəlik müavinət verilə bilər - VİDEO

Azərbaycanda 600 manat birdəfəlik müavinət verilə bilər - VİDEO

Bu aydan etibarən işğaldan azad olunmuş ərazilərdə işləyənlərə 600 manat birdəfəlik müavinətlərin verilməsinə başlana bilər.

  

Sfera.az  xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

 

Millət vəklili bildirib ki, “Əmək Məcəlləsinə” edilən dəyişikliklərdən sonra Nazirlər Kabineti tərəfindən yeni qərar qəbul edilib. Yeni dəyişikliklər ilə işğaldan azad olunan ərazilərimizdə - Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqi nəzərdə tutulur.


Bu güzəştlərlə yanaşı, işğaldan azad edilən ərazilərimizdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrinə aid olmayan işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq.

 

Millət vəkili əlavə edib ki işğaldan azad olunmuş ərazilərdə əmək müqaviləsi ilə işləyən şəxslər hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar.

 

Daha ətraflı süjetdə:

 


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...