Nabranda istirahət mərkəzində qadını cərəyan vuraraq öldürdü

Nabranda istirahət mərkəzində qadını cərəyan vuraraq öldürdü

Xaçmazda istirahət mərkəzində qadını cərəyan vurub öldürüb.

 

“Report”un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Nabran kəndində qeydə alınıb.

 

Belə ki, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Tağıyeva Xanım İdris qızı həmin ərazidə yerləşən "Dənizçi" istirahət mərkəzində olarkən hamam otağında elektrik cərəyanı onu vuraraq öldürüb.

 

X.Tağıyevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR