Şəmkirdə ağır qəza: Ana və oğlu...

Şəmkirdə ağır qəza: Ana və oğlu...

Şəmkir rayonunun Yeni Həyat kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Sfera.az xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1978-ci il təvəllüdlü S.Aslanova və oğlu, 1999-cu il təvəllüdlü E.Aslanov müxtəlif xəsarətlər alıb.

 

Yaralılar xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR