Sürücülərin nəzərinə: bu benzindən istifadə etməyin

Sürücülərin nəzərinə: bu benzindən istifadə etməyin
 Azərbaycanda satılan "Aİ-92" markalı benzini "Avro 4" standartına cavab verən heç bir avtomobilə tökmək olmaz

 

 
 
Hətta istehsalçı tərəfindən 92 markalı benzin tövsiyyə edilsə belə. Belə bir iddia ilə avtomobil üzrə mütəxəssis Elçin Abbasov çıxış edib. Buna səbəb isə ölkəmizdə satılan 92 markalı benzinin içində kükürdün miqdarının dəfələrlə çox olmasıdır. Yanma zamanı isə kükürd avtomobilə böyük ziyan vura bilər.

Hazırda ölkəmizdə "Avro-4" standartına cavab verən avtomobillərin əksəriyyəti "Aİ-92" markalı benzin ilə idarə olunur. Avtomobil üzrə ekspert Elçin Abbasov bunu təhlükəli hesab edir. O, iddia edir ki, "Avro 4" standartına cavab verən heç bir avtomobilə Azərbaycanda satılan "Aİ-92" markalı benzini tökmək olmaz. Çünki bu zaman avtomobilin mühərriki tez sıradan çıxa bilər.

Avtomobil üzrə ekspert Elçin Abbasov bildirir ki, dünya standartından fərqli olaraq, Azərbaycanda satılan "Aİ 92" markalı benzinin tərkibində kükürd çoxdur. Onun sözlərinə görə, belə kükürd yanma zamanı qətrana çevrilir və zamanla avtomobilin mühərrikinin sıradan çıxmasına səbəb olur.

Ekspert deyir ki, hətta zavod tərəfindən avtomobilə "Aİ-92" markalı benzin tökmək tövsiyyə edilsə belə, sürücülərin bu benzindən istifadə etmələri məqsədəuyğun deyil.

Bu benzindən istifadə edəndən sonra avtomobildə müəyyən problemlərin ortaya çıxdığını sürücülər də təsdiqləyirlər.

Məsələ ilə bağlı SOCAR-ın Neft Emalı zavodunun direktor müavini Rasim İbrahimov "Xəzər Xəbər” ə bildirdi ki, hazırda Azərbaycanda istehsal olunan "Aİ-92" markalı benzin ancaq "Avro 2" standartına uyğundur. Ona görə də "Avro 4" standartındakı avtomobillər "premium" benzindən istifadə etməlidirlər. Ancaq Azərbaycan gələcəkdə "avro 5" standartına cavab verən benzin istehsal etməyi planlaşdırır. Bu, Qaradağda yerləşən Neft-kimya kompleksində yenidənqurmadan sonra fəaliyyətə başladıqda mümkün olacaq. Bu isə 2020-ci ilə nəzərdə tutulub.
 
 
]

OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali və Baltikyanı ölkələri...

Sahibə Qafarova TBMM-in sədrini təbrik etdi

​​​​​​Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibəti ilə ...

Hindistanda stadionda yaşanmış izdiham nəticəsində 10-dan çox insan öldü

Hindistanın cənubundakı Banqalor şəhərində stadionda yaşanmış izdiham nəticəsində azı 11 nəfər ölüb, onlarla insan yaralanıb.   Sfera.az xəbər verir ...

Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ

ATM-lərdə yerləşdirilən gizli qurğular – skimmerlər bank kartınızın məlumatlarını oxuya, gizli kamera və ya saxta klaviatura isə PIN kodunuzu ələ keçirə b...

Daha bir tiktoker azadlığa buraxıldı

Ötən ilin dekabrında həbs edilən tiktoker Elvin Abdullazadə azadlığa buraxılıb.   Sfera.az istinadən xəbər verir ki, onun vəkili Pəhlivan Aslanov tik...

Ledi Qaqa Ginnesin Rekordlar Kitabına düşdü -Madonnanı qabaqladı

Ledi Qaqa Braziliyanın Rio-de-Janeyro şəhərində konsert verib. O, qadın musiqiçilər arasında tamaşaçı sayına görə rekorda imza atıb.   Bu barədə Ginn...