Qaxda turist dağdan yıxıldı

Qaxda turist dağdan yıxıldı

Qax rayonunda turist dağdan yıxılıb.

 

Sfera.az-ın məlumatına görə, hadisə rayonun İlisu kənd ərazisində baş verib.

 

Belə ki, “Hamamdərə” deyilən ərazidə kişi dağdan yıxılaraq ağır xəsarət alıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, hazırda polis, prokurorluq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım həkim briqadası hadisə yerindədir:

 

“Həmin şəxsin ərazidən çıxarılması istiqamətində tədbirlər görülür”. (oxu.az)


OXŞAR XƏBƏRLƏR