Çuvaşiyanın Baş prokuroru Volqa çayında boğularaq ölüb
Hadisə
16:44 / 01.07.2023
2589
Rusiya Federasiyasının Çuvaşiya Respublikasının Baş prokuroru Andrey Fomin Volqa çayında boğularaq ölüb.
“Report”xəbər verir ki, onun meyiti çayda tapılıb.
Hadisənin təfərrüatları hələ ki, məlum deyil.
Qeyd edək ki, A.Fomin 1965-ci ildə anadan olub. 2020-ci ildən Çuvaşiyanın Baş prokuroru idi.