ABŞ Ukraynaya bu silahlardan verəcək – Müharibədə qüvvələr nisbəti dəyişir

ABŞ Ukraynaya bu silahlardan verəcək – Müharibədə qüvvələr nisbəti dəyişir

Qərb mediasında yer alan xəbərlərə görə, ABŞ Ukraynaya kasetli bombalar verməyə hazırlaşır. 


Sfera.az xəbər verir ki, bu növ bombalar müxtəlif raket və artilleriya sistemləri vasitəsilə istifadə olunaraq müəyyən ərazidə çoxsaylı partlayış törədə bilir. 
Yayılan məlumatlarda qeyd edilir ki, kasetli bombaların iyulda açıqlanacaq növbəti hərbi yardım paketinə daxil edilməsi gözlənilir. 


Qeyd edək ki, Ukrayna ABŞ və digər Qərb tərəfdaşlarından Rusiya ilə müharibədə üstünlük qazanmaq üçün daha dəqiq zərbələr endirən, eyni zamanda dağıdıcı qabiliyyəti yüksək olan silahlar istəyir. Bu istəyində israr edən Ukrayna tədricən məqsədinə çatır. 


Beynəlxalq razılaşmalara görə, əhalinin sıx məskunlaşdığı ərazilərdə kasetli bombalardan istifadə qadağan edilib. Bu səbəbdən ABŞ həmin silahları Ukraynaya verməkdə tərəddüd edir. Ukrayna isə Rusiya mövqelərinə daha dağıdıcı zərbələr endirmək üçün bu cür silahları əldə etməyə çalışır.


Ağ Ev Ukraynanın əks-hücum əməliyyatında böyük nailiyyətlər əldə etməsini istəyir. Buna görə də rəsmi Vaşinqtonun sözügedən silahları Ukraynaya verməsi ehtimalı yüksəkdir. 


ABŞ rəsmisi CNN-ə deyib ki, bu cür silahlar döyüş meydanında üstünlük qazanmağa kömək edəcək. 


CNN xəbər verir ki, ABŞ-nin soyuq müharibə dövründə hazırladığı, lakin 2016-cı ildən etibarən tədricən ləğv etdiyi böyük miqdarda kasetli bomba ehtiyatı var. Rəsmi Kiyev “Himars” reaktiv yaylım atəş sistemləri və 155 mm-lik artilleriya haubitsalarında istifadə edilə bilən kasetli bombalar istəyir. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...

Rusiya Ukraynanın hərbi sənaye komplekslərini hədəf alıb

Rusiya Silahlı Qüvvələri Lvov, Xarkov və Lutsk şəhərlərində Ukraynanın hərbi-sənaye kompleksinə və hərbi aerodrom infrastrukturuna qrup hücumu həyata keçirib. ...

İlham Əliyev Suriya Prezidenti ilə görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə iyulun 12-də geniş tərkibdə görüşü olub.   ...

"Qəbələ"yə transfer olunacaq

2025/2026 mövsümünə hazırlıqları davam etdirən "Qəbələ" yeni transferini açıqlayıb.   Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbr veri...