Bakıdan rayona yasa gedən ailə faciə yaşadı - Ölən var

Bakıdan rayona yasa gedən ailə faciə yaşadı - Ölən var

Bu gün axşam saatlarında Qazax rayonunda ağır yol qəzası baş verib.

 

Sfera.az xəbər verir ki, Çaylı kəndi ərazisində "Nissan" və "Ford" markalı avtomobillər toqquşub.

 

Nəticədə "Nissan"da olan sərnişin, 1978-ci il təvəllüdlü Elnur Malik oğlu Nəzərov aldığı xəsarətlərdən vəfat edib.

 

Bildirilir ki, hadisə vaxtı avtomobili E.Nəzərovun həyat yoldaşı idarə edirmiş.

 

Onlar Bakıdan Qazaxa Elnurun baldızının vəfatının 40-cı günü ilə əlaqədar keçirilən anım mərasimində iştirak etmək məqsədilə gedibmiş.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR