Tikinti şirkətləri ağacları kəsdilər, prokurorluğa müraciət olundu

Tikinti şirkətləri ağacları kəsdilər, prokurorluğa müraciət olundu

Bakıda ağacları qanunsuz kəsən tikinti şirkətləri ilə bağlı prokurorluğa müraciət olunub.

 

Bu barədə Sfera.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

 

Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov və Qaradağ rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xətai rayonu, Nəsirəddin Tusi küçəsində “Hayat Residence” MMC, Nəsimi rayonu ərazisində “İnvest M. Construction” MMC, Nərimanov rayonu, Heydər Əliyev prospektində “FMG” MMC, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində “Ailə Park” QSC, Qaradağ rayonu, Lökbatan qəsəbəsində isə vətəndaş Tahir Osmanov tərəfindən kəsildiyi məlum olub.

 

Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.


OXŞAR XƏBƏRLƏR

Millət vəkili quru sərhədlərin açılmasından DANIŞDI

“Sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələnəcək”. Sfera.az x...

"Bu müstəqillik tarixinin ən böyük büdcəsidir" - Deputat

"Bu gün müstəqillik tarixinin ən böyük büdcəsini müzakirə edirik”.   Sfera.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin b...

"Dini təhsilə daha çox vəsait ayrılmalıdır" - Fazil Mustafa

"Dini təhlükəsizliyimizlə bağlı ciddi problemlər var".    Sfera.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü p...

"Ermənilərin “Qərbi Ermənistan” iddiası birbaşa ərazi iddiasıdır" - ŞƏRH

Fransanın Ermənistandakı səfiri Olivye Dekottinin son addımı müzakirə obyekti olub. Belə ki, o, İran ərazisində Qərbi Azərbaycan vilayətinin xəritəsini “t...

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını bir neçə dəfə artıracaq - RƏSMİ

2024-cü ildə Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə nəql edilən neftinin miqdarı 1,5 milyon ton olacaq. Gələcəkdə Qazaxıstan ixrac həcmlər...

"Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini niyə döyüb? + TƏFƏRRÜAT

Bakıda aptekdə baş verən insidentin təfərrüatları məlum olub.    Sfera.az  lent.az-a istinadən xəbər verir ki, məlum hadisə təqribən 3 ay ə...