Böyük şirkətlər hibrid iş rejiminə keçir, ofislərini kiçildirlər - Sorğu

Böyük şirkətlər hibrid iş rejiminə keçir, ofislərini kiçildirlər - Sorğu

Dünyanın böyük şirkətlərinin yarısı hibrid iş rejiminin qalacağı təqdirdə ofislərini kiçiltməyi düşünürlər.

 

Sfera.az xəbər verir ki, COVİD-19 pandemiyasından sonra dünyada geniş yayılan və hələ də bir çox şirkətdə davam edən uzaqdan iş rejimi ofis sahələrinin ölçüsünə də təsir edib.

 

Daşınmaz əmlak sahəsi üzrə ixtisaslaşmış “Knight Frank” təşkilatı dünyanın böyük 350 şirkəti arasında apardığı sorğu nəticəsində məlum olub ki, iri şirkətlərin yarısı öz ofis sahələrini azaltmağı planlaşdırır.

 

İşçi sayı 50 min və daha çox olan şirkətlər 2026-cı ilə qədər ofislərinin sahəsinin 10% -dən 20% -ə qədər azalacağını gözləyirlər.

 

Bunun səbəbi həmin şirkətlərin əksəriyyətinin hibrid iş rejimində fəaliyyət göstərməsidir. Sorğuya qatılan 350 şirkətdən 69 faizi hibrid sistemin əlverişli olduğunu bildirib. Şirkətlərin qalan 31 faizi isə ofisdən işləməyi üstün tutur.

 

“Knight Frank”ın araşdırma rəhbəri qeyd edib ki, firmalar öz ofislərində daha çox işləmək istəyirlər, lakin işçilərə müəyyən rahatlıq da təklif edirlər. Onun sözlərinə görə hibrid sistem çalışanların işə daha yaxşı uyğunlaşmasına, şəxsi problemlərinin daha qısa müddətdə həllinə imkan verir ki, bu da əmək fəaliyyətində daha yüksək keyfiyyətin əldə edilməsinə şərait yaradır. 

 

Nisbətən kiçik şirkətlər isə yaxın 3 ildə ofis sahələrində böyümənin davam edəcəyini deyiblər. Ofis sahəsini böyüdəcək şirkətlər əsasən işçi sayı az olanlardır. Onlar şirkətlərinin böyüməsi hesabına işçi sayının artracağını təxmin edərək belə bir planı açıqlayıblar. Artıq böyüyən, nəhəng şirkətlər isə hibrid iş rejiminin sayəsində ofislərinin 10-20 faiz kiçiltməyi düşünürlər.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Ərdoğan həyat yoldaşını ağlatdı - VİDEO

AK Partiyanın 32-ci Müşavirə və Qiymətləndirmə Düşərgəsinin açılışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan tarixi çıxış edib.   Sfera.az Türkiyə KİV-ə...

Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək

Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Suriya...

Ögey qardaşını öldürdü

Yevlaxda 34 yaşlı kişi ögey qardaşını qətlə yetirib.   Sfera.az-ın xəbərinə görə, rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Vidadi oğlu Əzizov müb...

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...