“Şahdağ” Turizm Mərkəzi yay mövsümünə START VERİR

“Şahdağ” Turizm Mərkəzi yay mövsümünə START VERİR

“Şahdağ” Turizm Mərkəzinə yay mövsümünün başlanması ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün iki günlük mediatur təşkil edilib.

 

Sfera.az bildirir ki, mediaturun məqsədi “Şahdağ“ Turizm Mərkəzinin yay turizminin inkişafı istiqamətində həyata keçirdiyi işlər, turistlərə göstəriləcək xidmətlər, eləcə də təqdim olunacaq turizm məhsulları və əyləncələr haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

 

Mediatur çərçivəsində KİV nümayəndələri üçün turizm mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib. Təqdimatda çıxış edən “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov media nümayəndələrinə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan yay əyləncə növləri, tədbirlər və gələcək planlar haqqında ətraflı məlumat verib.

 

Sədr hazırda qarşıya qoyulan əsas hədəfin mərkəzin təkcə qış turizmi baxımından deyil, ilin bütün fəsillərində fəaliyyət göstərən turizm mərkəzi kimi tanıdılması, eləcə də yerli və əcnəbi ziyarətçilərin sayının artırılması, müştəri məmnunluğunun yüksəldilməsi, həmçinin ölkədaxili və xarici tanıtım kampaniyalarının aparılması olduğunu diqqətə çatdırıb.

 

Rüstəm Nəcəfov Turizm Mərkəzinin ölkə xaricində geniş tanıtımı üçün bir sıra beynəlxalq sərgilərdə aktiv təşviqat işlərinin aparıldığını qeyd edib. Tədbirdə media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb. Mediatur çərçivəsində KİV nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan kanat yollarından, atraksionlardan və müxtəlif  yay əyləncələrindən istifadə ediblər.

 

Hazırda turizm mərkəzində qonaqlar kanat yolu, böyüklər və uşaqlar üçün kvadrosikl, bobkart, batut, off-road turlar, peyntbol, oxatma, paraplan, ziplayn, seqvey, “shahdag coaster”, atla gəzinti, velosiped əyləncələrindən istifadə edə bilərlər. Bu il  həmçinin mərkəz ərazisində olan göl də istifadəyə verilib.Burada qonaqlar həm üzə ,həm də  su əyləncələrindən istifadə edə bilərlər.

 

Qeyd edək ki, 2022-ci ilin statistik  məlumatlarına əsasən “Şahdağ” Turizm Mərkəzinə  109 minə yaxın ziyarətçi səfər edib, tabeliyində olan hotellərində 60 minə yaxın şəxs qonaqlayıb. Cari ilin yanvar-iyun aylarında turizm mərkəzini 70 minə yaxın şəxs ziyarət edib, hotel xidmətlərindən isə yerli və xarici turist olmaqla, 26 minə yaxın qonaq istifadə edib.

 


OXŞAR XƏBƏRLƏR

"Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqədəyik" - Rusiya XİN

"Biz münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan tərəfi ilə hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".    Sfera.az xə...

Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

"Təqaüd artımı olduqca müsbət haldır. Məlum olduğu kimi, hazırda inflyasiya səviyyəsi artmaqdadır. Hökumət isə təqaüdçülərin sosial vəziyyətini nəzərə alar...

Bu ümumi təhsil müəssisələrinə prioritet tətbiq ediləcək - SİYAHI

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məkt...

Hərbi təyyarə qəzaya uğradı: Pilotlar öldü

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, Racastan əyalətində təlim təyyarəsinin qəzaya uğra...

"Ermənistanın bu davranışı qeyri-dost addımıdır" - Rusiya XİN

“Rusiya rus vətəndaşlarının Ermənistana girişinə qadağa qoyulmasını qeyri-dost addım kimi qiymətləndirir”.    Sfera.az rus mediasına i...

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə GETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.   Sfera.az xəbər verir ki, Əbu-Dabi...