Ən çox məhbusu olan ölkələr - SİYAHI

Ən çox məhbusu olan ölkələr - SİYAHI

Avropada həbsxanalardakı məhbusların sayında artım müşahidə olunub.

 

Sfera.az xəbər verir ki, Türkiyə siyahıda təxminən 304 min məhbusla "ən sıx həbsxanaya malik ölkə" olub. Türkiyə həm də əhaliyə nisbətdə ən yüksək “həbs faizi” (yüz min nəfərə 355 nəfər) olan ölkə kimi müəyyən edilib .

 

Təxminən 1 milyon insanın olduğu Avropa həbsxanalarında 2022-ci ildə məhbusların sayı 2,3 faiz artıb.

 

Hər il siyahının başında olan və Avropanın ümumi məhbus əhalisinin üçdə birini təşkil edən Rusiyanın Avropa Şurasından çıxması siyahıda dəyişikliklərə səbəb olub.

 

303 945 məhbusla birinci olan Türkiyəni 79 092 məhbusla İngiltərə izləyib. Polşa 71 874 məhbusla üçüncü, Fransa 69 964 məhbusla dördüncü və Almaniya 56 294 məhbusla beşinci yerdə qərarlaşıb.

 

Avropa həbsxanalarında məhbusların orta yaşı 38-dir. Bu sorğuya görə, ən aşağı orta yaş Bolqarıstan həbsxanalarında 31, Danimarkada 34 və Fransada 35 olaraq qeydə alınıb. Ən yüksək orta məhbus yaşı Gürcüstanda 44, İtaliya 42, Portuqaliya 41, Estoniya və İspaniya 40 olaraq müəyyən edilib.

 

Statistika göstərir ki, bütün məhbusların təxminən 16,5 faizi 50 yaşdan yuxarı, 65 və daha yuxarı yaşda olan məhkumların nisbəti isə 3 faizdir. Statistikaya görə, qadın məhbusların nisbəti bütün məhbusların cəmi 5 faizini təşkil edir.

 

Əzizə

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu kolleclərə yeni direktorlar TƏYİN EDİLDİ - FOTO

Azərbaycanda 3 kollecə direktor təyinatı olub.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.    ...

Altı ildir sevgili olan məşhur cütlük evləndi - FOTO

Türkiyənin məşhur aktrisası Meriç Aral həmkarı Serkan Keskin ilə evlənib. Sadə nikah mərasiminə üstünlük verən cütlüyün nikah şahidləri Efe Tuncer və ...

İlham Əliyev: "Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub"

Bura (Xankəndi) bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur. Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yer...

Harrisin Zelenski ilə görüşə bu qədər can atmasının səbəbi nədir? - AÇIQLAMA

ABŞ seçkilərində Demokratlar Partiyasının namizədi, hazırkı vitse-prezident Kamala Harris Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir. Bild...

Zaxarova: "Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər"

Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə edərsə, münaqişə tamamilə fərqli miqyas ala bilər və bütün dünya üçün nəticə...

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Xankəndidə açılışı olan Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Prezident ...