Ermənistan məmurlarına \"Facebook\" qadağası
15:27 / 24.10.2016
1219
Son illər Ermənistanda dövlət idarəetmə sisteminin əməkdaşları, o cümlədən rəhbər heyətlərin "Facebook” sosial şəbəkəsində iş vaxtı boşboğazlıqla məşğul olması adi hala çevrilib.
Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə "Joxovurd” qəzeti yayıb.
Nəşrin məlumatına görə, artıq iki gündür dövlət müəssisələrinin bütün əməkdaşlarına iş saatlarında (9:00-dan 18:00-dək) sosial şəbəkələrə daxil olmaq qadağan edilib.
"Peşə fəaliyyəti ilə bağlı olaraq iş vaxtı sosial şəbəkələrdən istifadə etməyə yalnız mətbuat xidmətlərinə icazə verilib”.