COVID-19 tədbirləri olmadan Həcc ziyarəti BAŞLADI  

COVID-19 tədbirləri olmadan Həcc ziyarəti BAŞLADI  

COVID-19 tədbirləri olmadan keçiriləcək ilk Həcc ziyarəti dünən başlayıb.

 

Sfera.az xəbər verir ki, bu il təxminən 2,6 milyon müsəlmanın zəvvar olacağı gözlənilir. Səudiyyə Ərəbistanında 40 dərəcəni keçən temperatur isə zəvvarlığa namizədləri bir qədər çətin duruma salacaq.

 

Həcc öhdəliyini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanında olan təxminən 2,6 milyon zəvvarın Ərəfata səfəri dünən başlayıb. Qlobal istiləşmə səbəbindən orta temperaturun 2 dərəcə artdığı Səudiyyə Ərəbistanında havanın temperaturu 40 dərəcənin üzərindədir.

 

Səudiyyə rəsmiləri 32 000-dən çox tibb işçisinin və minlərlə təcili yardım maşınının istilik vurması, susuzluq və yorğunluq hallarını müalicə etməyə hazır olduğunu açıqlayıb. 2020-ci ildə koronavirusun yayılmasından sonra Səudiyyə Ərəbistanı bu il zəvvar namizədlərinə yaş və say məhdudiyyəti tətbiq etməyib. 2019-cu ildə 2,5 milyona çatan zəvvarın sayı pandemiya səbəbindən 2020-ci ildə 10 minə, 2021-ci ildə isə 60 minə endirilib. 2022-ci ildə pandemiyadan sonra ilk dəfə olaraq əcnəbilərin Həcc ziyarətinə icazə verilib, lakin şərt olaraq ziyarətə gedənlərin 18-65 yaş arasında olması və tam peyvənd edilməsi tələb olunurdu. Həmin il Səudiyyə Ərəbistanından kənarda olan təxminən 900 000 insan Həcc ziyarətinə gedib.

 

Qeyd edək ki, bu il Həcc ziyarəti iyunun 30-dək davam edəcək.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Peycer nədir və necə partladıla bilər? - AÇIQLAMA

Son günlər peycer anlayışı aktual mövzulardan biri olub. İnsanların çoxu isə peycerin nə olduğundan məlumatsızdır.   Bəs peycer nədir və&n...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

Qarabağ Universitetinin tələbə yataqxanası təmirdən sonra - VİDEO

Elm və Təhsil Nazirliyi Qarabağ Universitetinin tələbə yataqxanasının təmirindən sonra görüntülərini yayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazi...

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...