Üç güləşçimiz Avropa çempionatının finalında

Üç güləşçimiz Avropa çempionatının finalında

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı start götürüb.

 

Sfera.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb.

 

Martda 60 kq-da U-23 Avropa çempionatının qalibi olan Elmir Əliyev (55 kq) çətinlik çəkmədən finala yüksəlib. Əliyev sırayla ispaniyalı Xames Kastano (9:0), fransalı İliyan Aynau (7:0), türkiyəli Muhammet Emin Çakır (10:1) və ermənistanlı Homeros Arakelyan (8:0) üzərində böyükhesablı qələbə qazanıb. Elmir finalda ukraynalı Marko Voloşinlə güləşəcək.

 

Fəraim Mustafayev (63 kq) bolqarıstanlı Xristiyan İvanova 9:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, ermənistanlı Yurik Hoveyanla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb - 5:8. Rəqib finaladək irəlilədiyi üçün milli üzvü təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Mustafayevin rəqibi çexiyalı Matous Yankeviç olacaq.

 

Etibar Rzayev (87 kq) ilk mərhələdə finlandiyalı Elias Liiskiyə 2:1 hesabıyla qalib gəlsə də, 1/8 finalda rumıniyalı Patrik Qordanla bacarmayıb - 2:9.

 

Davud Məmmədov (77 kq) 1/8 finalda ermənistanlı Vahe Hovannisyana şans tanımayıb - 7:1. Məmmədov növbəti mərhələdə ukraynalı Ruslan Abdiyevdən güclü olub - 4:2. Davud yarımfinalda bolqarıstanlı Martin Dimitrovu da üstələyərək (7:1) adını Avropa çempionatının finalına yazdırıb. Pəhləvanımız həlledici görüşdə rumıniyalı Aleksandru Soloveylə qarşılaşacaq.

 

Mübarizəyə 1/4 finaldan qoşulan Məzaim Mərdanov (130 kq) yunanıstanlı Axilles Xrisidisə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Estoniyalı Eerik Pankla görüş dramatik alınıb. 0:7 hesabıyla geri düşən Şəmkir güləş məktəbinin yetirməsi əsl əzmkarlıq nümayiş etdirərək yekunda 8:7 hesablı qələbə qazanıb. Məzaim finalda macarıstanlı Laşlo Darabosla mübarizə aparacaq.


OXŞAR XƏBƏRLƏR

"Trampın tarifləri Azərbaycan üçün yeni fürsətlər yaradacaq" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə beynəlxalq ticarət münasibətlərində ciddi dəyişikliklər baş verib. Tramp administrasiyası bir sıra ölkələrə, ...

Daha bir müğənninin səhnədə ürəyi dayandı

Ötən gecə Türkiyənin Aydın şəhərində məkanlardan birində səhnə alan müğənni Mehmet Gündoğdu səhnədə infarkt keçirib.   Sfera.az Türkiyə mətbuatına is...

İsa peyğəmbərin dəfn olunduğu bağ tapıldı

İtaliyanın “Sapienza” Universitetindən bir qrup arxeoloq Qüdsdə araşdırma apararaq İsa peyğəmbərin dəfn olunduğu bağı aşkara çıxarıblar. &...

Zaqatalada itkin düşən hindistanlının qalıqları ilə bağlı xəbər var

"Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir".    Sf...

Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət

Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki gözdən əlil kişi adam öldürüb. ...

İdmançımız Avropa çempionatının yarımfinalında

Ağanəzər Novruzov Slovakiyanın Bratislava şəhərində keçirilən güləş üzrə Avropa çempionatında yarımfinala yüksəlib.   Sfera.az xəbər verir ki, s...