31 il əvvəl dediyi qurbanı Laçında kəsdi - FOTO

31 il əvvəl dediyi qurbanı Laçında kəsdi - FOTO

İyunun 25-də doğma Laçın şəhərinə köçən Qardaşxan Dostuyev 31 il əvvəl dediyi qurbanı kəsib. 

 

Sfera.az xəbər verir ki, "AZƏRTAC"la həmsöhbət olan ailə başçısı yenidən doğma yurduna qovuşmağın hansı hisslər ifadə etdiyini dilə gətirib:

 

"Şükürlər olsun Tanrıya, biz Laçınımıza qayıtmışıq. Bizim illərdir etdiyimiz dualar qəbul olub, çəkdiyimiz həsrət bitib, arzularımız gerçəkləşib. Bu günləri bizlərə bəxş edən Ali Baş Komandan və güclü, rəşadətli ordumuzdur. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Var olsun qüdrətli Azərbaycan Ordusu! Bu gün beş gecədir doğma yurdumda yuxuya gedirəm. Buraya gələndən hətta xəstəliklərim də sanki yoxa çıxıb. Hər gün qəbul etdiyim şəkər və təzyiq üçün olan dərmanları da artıq qəbul etməyə gərək qalmayıb. Laçına qovuşmaq sanki bizi yenidən dünyaya gətirib". 

 

O, dediyi qurbanla bağlı bunları xatırlayıb: "Laçın işğal olunanda biz buranı tərk etməli olduq. Həmin vaxt Laçına dönməyimiz üçün qurban demişdim. Bu gün bizə qismət oldu, dediyimi qurbanı doğma Laçınımda və öz evimdə kəsdim. Tanrı bütün edilən duaları, kəsilən qurbanları qəbul etsin. Biz bir an belə ümidimizi itirmədik, səbir etdik və bu gün Laçına qovuşmuşuq. Əminik ki, bundan sonra da Laçında xoşbəxt günlərimiz, firavan həyatımızı yaşayacağıq. Burada dövlətin qayğısını hər an hiss edirik. Laçınımız bizi daha gözəl, daha abad şəkildə qarşılayıb”


OXŞAR XƏBƏRLƏR

"İnsanlar bəzən bilərəkdən səhv addımlar atırlar"- Yeni TƏDQİQAT

London Universitetində aparılan yeni tədqiqat insanların bəzən bilərəkdən “axmaq” və ya səhv addımlar atdığını ortaya qoyub.   Sfera.az ...

Prezident ona ali xüsusi rütbə verdi

Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri İldırım İmran oğlu Vəliyevə III dərəcəli dövlət ədliyyə ...

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...

“Boşanma ərizəsi yazmağa 1 şirvan pulum yox idi”

Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, qurduğu ailə həyatında yaşadıqlarını dilə gətirən sənətçi maraq...