Təndirxanada xəsarət alanların vəziyyəti necədir?

Təndirxanada xəsarət alanların vəziyyəti necədir?

Sabunçu rayonu Zabrat qəsəbəsində baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub və briqadalar dərhal hadisə yerinə cəlb olunub.

 

Bu barədə Sfera.az-a TƏBİB-dən bildirilib.

 

Qeyd olunub ki, xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunublar.

 

Onların vəziyyətləri ağır olaraq qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR