Zakir Həsənov hərbi hospitalı ziyarət etdi - FOTOLAR

Zakir Həsənov hərbi hospitalı ziyarət etdi - FOTOLAR

İyunun 26-da Müdafiə Nazirliyinin rəhbər heyəti Silahlı Qüvvələr Günü münasibətilə nazirliyin Baş Klinik Hospitalını ziyarət edib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyulub.

 

Müdafiə Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb, onlara ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdıran müdafiə naziri onlara bayram sovqatları təqdim edib.

 

Hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular burada yaradılan şəraitə, eləcə də hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

 

Nazirliyin rəhbər heyəti tibb işçilərini bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

 

Zakir Həsənov hərbi hospitalı ziyarət etdi - FOTOLAR

Zakir Həsənov hərbi hospitalı ziyarət etdi - FOTOLAR

Zakir Həsənov hərbi hospitalı ziyarət etdi - FOTOLAR


OXŞAR XƏBƏRLƏR

YAP-ın parlamentin sədri postuna namizədi Sahibə Qafarova oldu

Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçirilir.   Sfera.az-ın xəbərinə görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ı...

Silahla ehtiyatsız davranan leytenant həlak oldu

Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.    Sfe...

Yeni dələduzluq növü - Ev telefonlarına ZƏNG EDƏRƏK... - VİDEO

Ahıl yaşlı xanıma zəng edərək nəvəsinin səs tonu ilə danışıb 16 min dollar istədilər...   Sfera.az xəbər verir ki, Bakı şəhər sakini Kəvakib Qas...

Maştağada DƏHŞƏTLİ HADİSƏ: Qadın sevgilisini bıçaqladı

Bakının Sabunçu rayonunda qadın kişini bıçaqlayıb.   Sfera.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.   Belə ki, Xanlar yaşa...

Səkkiz saatlıq yuxunun faydaları təkzib edilib - "Bu qədər yatmalısınız..."

"Loughborough" Universitetinin ( Böyük Britaniya ) yuxu mütəxəssisi və professoru Kevin Morqan gündə səkkiz saat yatmaq məsləhətinin universal və hər ...

İnsanların ölməzdən əvvəl peşman olduğu 5 şey

Palliativ baxım tibb bacısı Bronni Veyr ölmək üzrə olan insanların ən çox rast gəlinən beş peşmanlığını yazıb və dolğun həyat yaşamaq haqqında düşünməyə kömək e...