Rus raketinin çincəsi
13:43 / 24.10.2016
1297
Çinin müdafiə-sənayesi kompleksi Çjuxaedə "Airshow China 2016”-da beynəlxalq hərbi sərgisində yeni M20 taktiki raket kompleksinin eksort variantını təqdim edəcək.
Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, "M20” kompleksi həm xarici görünüşünə görə, həm də taktiki-texniki xüsusiyyətinə görə, Rusiyanın "İsgəndər” raket kompleksinə bənzəyir.
Rusiyadan olan analoqu kimi kompleks 280 kilometrə (400 kilometrdə olan hədəfi vurmaq imkanı var) qədər hədəfləri vurmaq imkanına malik iki taktiki raketlə təchiz olunub. Lakin "İsgəndər”lərdən fərqli olaraq yeni Çin qurğusunun individual-buraxılış konteynerlərdə də raket də var.
Raketlərin özlərinin texniki xarakteristikaları isə hələlik gizli saxlanılır.