İlkay Gündoğan “Barselona”da - FOTO

İlkay Gündoğan “Barselona”da - FOTO

“Mançester Siti” ilə müqaviləsi başa çatan İlkay Gündoğan “La Liqa” nəhəngi “Barselona” ilə anlaşıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

 

Almaniya millisinin üzvü azad agent kimi “Barsa”ya keçib. Tərəflər 2+1 illik müqavilə imzalayıblar. Futbolçunun sərbəstqalma məbləği isə 400 milyon avrodur.

 

İngiltərənin “Mançester Siti” komandası rəsmi internet saytından “Təşəkkürlər, İlkay” başlıqlı açıqlama ilə təcrübəli futbolçuya “Barselona”da uğurlar arzulayıb.

 

Qeyd edək ki, 2016-cı ildən “şəhərlilər”in formasını geyinən 33 yaşlı yarımmüdafiəçi beş dəfə İngiltərə Premyer Liqasının, iki dəfə ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

 

İlkay Gündoğan transferindən sonra “Barselona”da oynayan 5-ci türk futbolçu ünvanını qazanıb. Bu vaxta qədər Seyit Cem Ünsal, Rüştü Reçber, Arda Turan, Əmrə Dəmir Kataloniya klubunun formasını geyinib.

 



OXŞAR XƏBƏRLƏR

İmişli hadisələrinə görə tutulan 14 nəfərlə bağlı yeni xəbər

İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin (Bayramlı Bəylər, Babayev Rasif, Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmə...

Vergi ödəyicilərinin sayı 800 mini keçdi - RƏQƏMLƏR

"Ən son məlumata görə 2025-ci ilin 1 aprel tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəlindən bəri 0,3% artaraq 809,2 minə çatıb. Bu faiz ifadəsində ...

Mərkəzi Bank bu qurumu cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-ni və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəl...

"Trampın tarifləri Azərbaycan üçün yeni fürsətlər yaradacaq" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə beynəlxalq ticarət münasibətlərində ciddi dəyişikliklər baş verib. Tramp administrasiyası bir sıra ölkələrə, ...

Daha bir müğənninin səhnədə ürəyi dayandı

Ötən gecə Türkiyənin Aydın şəhərində məkanlardan birində səhnə alan müğənni Mehmet Gündoğdu səhnədə infarkt keçirib.   Sfera.az Türkiyə mətbuatına is...

İsa peyğəmbərin dəfn olunduğu bağ tapıldı

İtaliyanın “Sapienza” Universitetindən bir qrup arxeoloq Qüdsdə araşdırma apararaq İsa peyğəmbərin dəfn olunduğu bağı aşkara çıxarıblar. &...