Azərbaycan klubuna “hə” dedi, “instaqram”da ispanlarla vidalaşdı

10:52 / 26.06.2023
3054
"Sabah"ın sıralarına qatmağa yaxın olduğu Sofyan Şakla klubu “Ponferradina”dan ayrılıb.
Sfera.az xəbər verir ki, mərakeşli müdafiəçi bu haqda öz İnstaqram hesabında paylaşıb.
O, İspaniya klubunun azarkeşləri ilə vidalaşıb. Sofyan yazıb:
"Vidalaşmağın vaxtı çatdı. Çox kədərli andır. Amma sizə deyim ki, "Ponferradina"nın bir hissəsi olduğum üçün çox qürur duyuram.
İlk andan özümü bu ailənin bir üzvü kimi hiss etdim. Həqiqətən gələndə klubun və ya azarkeşlərin böyüklüyünü bilmirdim.
Amma klub və azarkeşlər mənə nə qədər xüsusi olduqlarını günü-gündən göstərdi. Əbədi minnətdaram, uğurlar arzulayıram".
Şakla karyerası ərzində “Videoton”, “El Exido”, “Vilyarreal”, “Xetafe”, “Löven”də oynayıb.