Azərbaycanda dəhşətli qəza - 5 nəfər ÖLDÜ - FOTO

Hadisə
10:06 / 26.06.2023
3836
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər dünyasını dəyişib.
Qəza zamanı habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb.
Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.