Messinin yeni klubunda təqdimat tarixi məlum oldu

23:40 / 25.06.2023
9972
Amerikalı “İnter Mayami” eyni vaxtda azarkeşlərinə argentinalı hücumçu Lionel Messi və ispaniyalı futbolçu Serxio Busqetsi təqdim edəcək.
Sfera.az xəbər verir ki, futbolçuların təqdimatı iyulun 16-da baş tutacaq.
Məlumata görə, ABŞ klubu futbolçu transferindən maksimum gəlir əldə etməyə hazırlaşır. Hazırda “İnter Mayami” oturacaqların sayını artırmaq üçün arenada yenidənqurma işləri aparır.