Harvard Universitetinin professoru yalan danışdığına görə məhkum edildi

Harvard Universitetinin professoru yalan danışdığına görə məhkum edildi

Harvard Universitetinin professoru Francesca Gino dürüstlüklə bağlı araşdırmalarından sonra yalan danışmaqda ittiham olunub.


Sfera.az “The New York Times”-a istinadən bildirir ki, alim davranış psixologiyası sahəsində araşdırmalarla məşğul olub, birdən onun işinin bir çox nəticələrini saxtalaşdırdığı barədə şayiələr yayılmağa başlayıb.


Francesca Gino insanın dürüstlüyü barədə araşdırmalar edib. Alim araşdırmanın nəticələrini saxtalaşdırmaqda ittiham olunur.


Françeska Gino adlı alim onun nəzəriyyəsi ilə bağlı nüfuzlu jurnallarda onlarla məqalə dərc etdirib. Sonradan, yeni texnologiyalar sayəsində təcrübələrin nəticələrinin uydurulduğu məlum olub.


Bu hekayə ona görə çox diqqət çəkib ki, onun araşdırma mövzularından biri də insanın dürüstlüyünü necə üzə çıxarmaq olub.



Qalmaqaldan əvvəl Francesca Gino bir neçə nüfuzlu nəşrdə onlarla məqalə dərc edib. Məqalələrin mövzuları əvvəlcədən suallara vicdanla cavab verməsi tələb olunan insanların yalana görə məsuliyyət barədə xəbərdarlıq edilənlərdən daha dürüst olacağı nəzəriyyəsi ilə əlaqəli olub.



Təcrübələrin birində iştirakçılardan bir neçə problemi həll etmələri istənilib və onların hər biri üçün pul veriləcəyi vəd edilib. Eyni zamanda, onlara nəticələrin təsir etməyəcəyini və istənilən halda ödəniş ediləcəyini başa düşmək tapşırılıb. Bu eksperimentin əsl məqsədi iştirakçıların motivləri olduqda yalan danışmamalarıdır.



Tədqiqatın ehtimal olunan saxtakarlığı ən son məlumatların emalı texnologiyaları sayəsində aydın olub. Ginonun həmmüəllifi olmuş bəzi alimlər artıq öz imzalarını qəzetlərdən geri çəkdiklərini bildiriblər.



Təcrübəsini təkrarlamaq qərarına gələn Francesca Ginonun həmkarları tamamilə fərqli nəticələr əldə ediblər. O da qeyd olunub ki, bu metodu dəqiq elmlərə aid etmək olmaz, çünki təcrüvə, daha çox psixolojidir.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...

İsrail Livanın cənubuna yeni hava zərbələri ENDİRDİ

İsrail Livanın cənubuna yeni hava hücumları həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb. ...