Dövlət xətti ilə 2,7 milyard manata yaxın ipoteka krediti verilib

Dövlət xətti ilə 2,7 milyard manata yaxın ipoteka krediti verilib

Bu günədək Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 45 min 55 nəfərə 2 milyard 659 milyon 145 min manatlıq ipoteka krediti verilib.

 

Sfera.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

 

Qurum bəyan edib ki, indiyə qədər zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 361 milyon 950 min manat, kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı isə 3535-dir.


OXŞAR XƏBƏRLƏR