“Priqojinlə danışıqları ona görə Lukaşenko aparıb ki...” - Peskov

“Priqojinlə danışıqları ona görə Lukaşenko aparıb ki...” - Peskov

“Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner" qrupunun yaradıcısı Yevgeni Priqojinlə danışıqlarda iştirak edib, çünki sonuncu onu 20 ilə yaxındır, şəxsən tanıyır”.

 

Sfera.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib və qeyd edib ki, Rusiya prezidentinin belaruslu həmkarı ilə söhbət zamanı “Lukaşenkonun nizamlanma məsələsində vasitəçilik səyləri göstərəcəyi” barədə razılıq əldə olunub.

 

Peskov ötən günü “olduqca çətin” və “faciəli hadisələrlə dolu” adlandırıb, lakin baş verənlərin Ukraynadakı hərbi əməliyyatın gedişinə heç bir şəkildə təsir etməyəcəyini bildirib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR