Evlənəndən 20 il sonra boşananların sayı açıqlandı
Cəmiyyət
12:07 / 25.06.2023
3791
2022-ci ildə Azərbaycanda 15983 boşanma olub ki, bunlardan 1765-i 20 il və daha artıq davam edən nikahlar arasında qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edilib ki, boşanmalardan 4996-sı 5 ilə qədər, 4414-ü 5-9 il, 4808-i 10-19 il davam edən nikahlar arasında qeydə alınıb.