Neft Fondu 66 ölkəyə sərmayə qoyub – Ən çox sərmayə bu ölkəyə yönəldilib

Neft Fondu 66 ölkəyə sərmayə qoyub – Ən çox sərmayə bu ölkəyə yönəldilib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) fəaliyyətə başladığı dövrdən 2023-cü ilə qədər 66 ölkəyə və 17 valyutada investisiya qoyub.


Sfera.az xəbər verir ki, hazırda investisiyaların daha çox hissəsi Şimali Amerikaya, əsasən də ABŞ-yə yönəldilib. Şimali Amerikaya cəmi invesiyaların 33,4 faizi, yəni 16,37 milyard dolları qoyulub. 


Cəmi sərmayələrin 29,6 faizi (14,51 milyard dolları) Avropa ölkələrinə, 16 faizi (7,84 milyard dolları) Asiya ölkələrinə, 0,8 faizi (392 milyon dolları) Avstraliya və Yeni Zelandiyaya, 0,4 faizi (196 milyon dollar) Yaxın Şərq ölkələrinə, 0,1 faizi (49 milyon dolları) Cənubi Amerika ölkələrinə yatırılıb. 


Digər investisiyaların 7,6 faizi Beynəlxalq Maliyyə Təşkilatlarına, 12,1 faizi qızıla yönəldilib. 


Yaranma tarixindən 2022-ci ilin sonuna qədər ARDNF investisiyalardan toplamda 7,8 milyard dollar gəlir əldə edib ki, bu da illik ifadədə 2,3% gəlirliliyə bərabərdir. 2022-ci ildə Fond 5,2% zərər edib.


Ümumilikdə, ARDNF-in gəlirləri 184 milyard dollar olub. Bunun 176,2 milyard dolları neft-qaz sazişlərindən daxil olan gəlirlər, 7,8 milyard dolları isə investisiya qoyuluşundan əldə edilən gəlirlərdir. 


ARDNF-in investisiya gəlirlərinin 7,8 milyard dollar olması, yəni az olması sərmayə qoyuluşunun məbləğinin az olması ilə bağlıdır. Belə ki, Fondun 176,2 milyard dollarlıq ilkin gəlirinin 118,2 milyard dolları dövlət büdcəsinə transfert edilib, 11,8 milyard dolları müxtəlif layihələrin maliyyələrşdirilməsinə xərclənib, 0,4 milyard dolları Fondun inzibati xərclərinə yönəldilib. İnvestisiya qoyuluşuna isə cəmi 45,8 milyard dollar ayrılıb. Əgər ilkin gəlirlərin hamısı investisiya edilsəydi, o halda, daha çox gəlir əldə olunacaqdı. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 2

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...