Bu bürclərlə əsla evlənməyin!: Sadiq olmaq onlar üçün çətindir

Bu bürclərlə əsla evlənməyin!: Sadiq olmaq onlar üçün çətindir

Astrologiyada bəzi bürclər sevən partnyorlar olduqları halda, bəziləri tərəfdaşlarına sadiq olmamaqda günahlandırılır. Bu baxımdan evlilikdə uğurlu və uğursuz olan bürclər var.

 

Sfera.az bu dəfə evlilikdə arzuolunmayan bürclərlə bağlı məlumatı təqdim edir.

 

Şir bürcü – Sosial bürclərdən biridir, buna görə də adi ev həyatı onların şəxsiyyətlərinə o qədər də uyğun deyil. Andan həzz almaq və araşdırmaq onlar üçün daha cəlbedicidir. Digər tərəfdən, şirlərin eqoist rəftarları partnyorları üçün çətinlik yaradır. Onlar hər şeyin ən yaxşısını bildiklərini iddia edir, müzakirələrdə orta yol tapmağa çalışmırlar.

 

Oğlaq bürcü - Sevgililik dövründə məhdudiyyət qoymayan bu bürclərin nümayəndələri adətən evləndikdən sonra fərqli bir profilə sahib olurlar. Evlilik oğlaqları mühafizəkar insana çevirə bilər. Qaydaların və məhdudiyyətlərin qəfil ortaya çıxması isə tanışlıq dövründə sərbəst buraxılan tərəfdaş üçün çətin bir prosesdir. Həmçinin, oğlaqlar işgüzar və şəxsi həyatlarına vaxt ayırmaqda xəsisdirlər.

 

Balıqlar bürcü - Həssaslığı ilə tanınan bu bürcün nümayəndələri ilə evləndiyiniz zaman sizi dəyişməyə çalışa bilərlər. Onun emosionallığına və incikliyinə dözmək çox çətindir. 

 

Əkizlər bürcü – Flört etməyi sevirlər.  Buna görə də yalnız bir insana sadiq qalmaqda uğurlu olmaya bilirlər. Onlar yeni insanlarla tanış olmaqdan və ünsiyyətdən zövq alırlar. Bu bürcün nümayəndələri tanışlığı oyun kimi görür. Bu vəziyyət isə bir müddət sonra evliliyə zərər verir.

 

Oxatan bürcü – Uşaq kimidirlər. Eyni evdə bir adamla yaşamaq oxatan üçün darıxdırıcı ola bilər. Bundan əlavə, hər fürsətdə bəyənmədikləri davranışları tənqid edirlər.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.   Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olu...

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...