Kasım-Jomart Tokayev Rusiya ilə bağlı Təhlükəsizlik Şurasını TOPLADI

Kasım-Jomart Tokayev Rusiya ilə bağlı Təhlükəsizlik Şurasını TOPLADI

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib. 

 

Sfera.az xəbər verir ki, iclasın səbəbi Rusiyada özəl hərbi şirkətin rəhbəri (Vaqner) Yevgeni Priqojinin hərəkətləri fonunda yaranmış vəziyyət olub.

 

İclas çərçivəsində Tokayev respublikanın baş nazirinin, müdafiə, xarici və daxili işlər nazirlərinin, habelə milli təhlükəsizlik komitəsinin rəhbərinin və baş prokurorun məruzələrini dinləyib.

 

Qeyd olunub ki, insidentin Rusiyanın daxili işi adlandırılmasına baxmayaraq, dost ölkədəki vəziyyət Astanada narahatlıq yaradıb . 


"Kasım-Jomart Tokayev hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanı alqışlayıb", - mətbuat xidməti bildirib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR