"Putin Şoyqu və Gerasimovu istefaya göndərməyəcək, Priqojinə isə..." 

““Vaqner”in qiyamı Rusiya daxilində hakimiyyət əleyhinə narazılığı artıracaq”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələləri mövcud vəziyyətdən istifadə edəcək:

 

“Qarşıdakı günlərdə Ukrayna ordusunun cəbhədə ciddi uğurlar qazanması mümkündür. Nəzərə almaq lazımdır ki, artıq Rusiyanın prioriteti Ukraynadakı vəziyyət yox, öz təhlükəsizliyidir. Bu isə o deməkdir ki, Kreml Ukraynaya əvvəlkinə nisbətən daha az diqqət ayırmalı olacaq.  “Vaqner”çilər, yəqin ki, ölkə ərazisində irəliləməyə davam edəcəklər. Nəzərə almaq lazımdır ki, onlar muzdlu qoşundur və pul üçün hər şey etməyə hazırdırlar. Üstəgəl, əllərində lazımi silah-sursat var. Buna baxmayaraq, qiyamın Rusiya hərbi-siyasi elitasında ciddi nəticələrlə yadda qala biləcəyini düşünmürəm. Amma Priqojinə qarşı sui-qəsd cəhdinin olması mümkündür. Çünki, o, nə qədər çox həyatda qalarsa, hakimiyyət üçün bir o qədər ciddi təhlükə olacaq”.

 

Ekspert bildirib ki,  Priqojinin geri çəkilmək barədə "ordu"suna verdiyi tapşırıq kifayət qədər müəmmalıdır:

 

“Priqojin bunu qan tökülməsinin qarşısını almaq üçün etdiyini bildirib. Hərçənd indiyədək onsuz da kifayət qədər qan tökülüb. Bu cür muzdlu hərbi təşkilatlar üçün qan tökmək, döyüşmək çox asandır. Məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojini geri qayıtmağa razı salıb. İddia edilir ki, tərəflər arasında müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimovun istefaya göndərilməsi barədə razılıq əldə olunub. İndiki məqamda adı çəkilən generalların istefaya göndəriləcəyini düşünmürəm. Bu, hərbi elitadakı boşluqları dəfələrlə artıra bilər. Kremlə indiki halda bu, lazım deyil. Fikrimcə, proseslərin ciddi nəticəsi olacaq və bu, yaxın günlərdə özünü göstərəcək”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 2

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...