Putin “bizi arxadan vurdular” dedi: “Qiyamı dayandırın...”

Putin “bizi arxadan vurdular” dedi: “Qiyamı dayandırın...”

“Vaqner”in üsyanı Rusiyaya “arxadan bıçaq zərbəsi”dir”.

 

Sfera.az bildirir ki, bunu xalqa müraciətində Vladimir Putin deyib. O, qeyd edib ki,  Rusiya ordusuna qarşı silah qaldıran hər kəs cəzalandırılacaq.

 

“Rostovda vəziyyəti sabitləşdirmək üçün qətiyyətli addımlar atılacaq”, deyə Rusiya lideri əlavə edib. O, həmçinin Rusiyanın öz gələcəyi üçün ən çətin döyüşdən keçdiyini vurğulayıb və qiyam təşkil edənləri dayanmağa çağırıb.

 

Qeyd edək ki, bundan qabaq Rusiyada hərbi qiyam qaldıran "Vaqner" hərbi qrupunun Rostov şəhərində nəzarəti ələ keçirildiyi bildirilib. Rostov əyalətinin qubernatoru Vasili Qolubev əhalidən mümkün qədər evlərdən çıxmamağı, şəhərin mərkəzinə getməməyi xahiş edib. O həmçinin, şəhər idarələrinə öz fəaliyyətlərini davam etdirməyi tapşırdığını bildirib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Zelenski: "Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır"

Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.   Sfera.az “Reuters“ə i...

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...

Baş nazirin I müavini MDB İqtisadi Şurasının iclasında iştirak etdi

Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.   Sfera.az-ın report-a i...

İnternetdə milyonluq dövriyyəsi olan şəbəkə ifşa edildi

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvləri...

Avropa İttifaqı Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər

Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı sə...

Unibankdan daha bir yenilik - Müştərilərə Kredit həyat sığortası təklif olunur

Unibank müştərilərinin maliyyə təhlükəsizliyini təmin etmək üçün yeni məhsul təklif edir. Artıq kredit götürən müştərilər, kreditin ödəmə müddətində özlərini və...