“Putinin ətrafında Priqojinə dəstək verənlər var” - Politoloq

“Putinin ətrafında Priqojinə dəstək verənlər var” - Politoloq

“Putinin ətrafında Priqojinə dəstək verənlər var”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, qeyd edib ki, Ukraynanın uğurlu əks-hücumları fonunda Rusiya siyasi-hərbi müəssisələri arasında dərin böhranın olacağı gözlənilirdi:

 

“Rusiya ordusunun acınacaqlı bir vəziyyətdə olması Priqojinin siyasi tələblərini gündəmə gətirdi. Onun hərbi qiyam və çevriliş üçün hərəkətə keçməsi Rusiya siyasi sistemində yaranan boşluqdan irəli gəlir. Görünür, Putinin ətrafında ona dəstək verən qüvvələr var. Bütün hallarda “Vaqner”in hərbi qiyamı Ukrayna müharibəsində Rusiyanın məğlubiyyətinin göstəricisidir”.

 

Ekspertin sözlərinə görə, hərbi çevrilişin qarşısı alınmasa, Ukraynada Rusiya qoşunlarının məğlub olması qaçılmaz olacaq:

 

“Baş verənlər Rusiya vətəndaş müharibəsinə, nəticədə isə Putinin hakimiyyətdən getməsinə gətirib çıxara bilər. Demək olar ki, Priqojinin əsas planı Kremli ələ keçirməkdir. Baxmut ətrafında baş verən döyüşlər fonunda Priqojinlə Rusiya Müdafiə Nazirliyi arasında böhran siyasi müstəviyə keçdi. Sergey Şoyqunun “Vaqner”ə qarşı artilleriya və aviasiya ilə hücum etməsində məqsəd məhz Priqojinin hərəkətə keçməsinin qarşısını almaq olub. Görünür, Kremldə “Vaqner”in hərbi çevriliş planlarından xəbərdar olublar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Zelenski: "Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır"

Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.   Sfera.az “Reuters“ə i...

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...

Baş nazirin I müavini MDB İqtisadi Şurasının iclasında iştirak etdi

Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.   Sfera.az-ın report-a i...

İnternetdə milyonluq dövriyyəsi olan şəbəkə ifşa edildi

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvləri...

Avropa İttifaqı Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər

Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı sə...

Unibankdan daha bir yenilik - Müştərilərə Kredit həyat sığortası təklif olunur

Unibank müştərilərinin maliyyə təhlükəsizliyini təmin etmək üçün yeni məhsul təklif edir. Artıq kredit götürən müştərilər, kreditin ödəmə müddətində özlərini və...