“Carlsberg Group” pivə korporasiyası “Baltika”nı satıb
İqtisadiyyat
10:50 / 24.06.2023
5196
Danimarkanın “Carlsberg Group” pivə korporasiyası sahib olduğu “Baltika” şirkətinin Rusiyadakı aktivlərinə alıcı tapıb.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Carlsberg Group” internet səhifəsində məlumat yayıb.
Şirkət müvafiq sazişi iyunun 23-də imzalayıb və sövdələşmə Rusiyadakı tənzimləyici orqanlar tərəfindən təsdiqlənməlidir. “Baltika”nın kimə satıldığı açıqlanmayıb.
Xatırladaq ki, 28 mart 2022-ci ildə şirkət “Baltika”nın satışını elan edib. Eyni zamanda, istehsalçı Rusiyaya sərmayə qoymağı dayandırıb.
Bildirək ki, Xırdalan Pivə Zavodu da “Carlsberg Group” şirkətinə məxsusdur. Şirkət “Baltika”nın vasitəsilə zavodu alıb.
Vasif