“Putinə Priqojinin hər hərəkəti barədə məlumat veririk” - Peskov

“Putinə Priqojinin hər hərəkəti barədə məlumat veririk” - Peskov

Kremldən “Vaqner”in rəhbəri Yevgeni Priqojinlə bağlı açıqlama gəlib.

 

Sfera.az bildirir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. O, baş verənlərlə bağlı Putinə gecə-gündüz məlumat verildiyini vurğulayıb.

 

“Müdafiə Nazirliyi, FSB, Daxili İşlər Nazirliyi, Rusiya Qvardiyası gecə-gündüz Putinə “Vaqner”in rəhbərinin gördüyü işlərlər barədə məlumat verir. Söhbət üsyan cəhdindən gedir” – Peskov deyib.

 

Xatırladaq ki,  iyunun 23-də Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini muzdluları vurmaqda ittiham edib. Onun sözlərinə görə, “Vaqner” qrupu  sözügedən hadisəyə necə cavab verəcəyinə qərar verəcək. Müdafiə Nazirliyi isə deyilənləri təkzib edib və bunu təxribat adlandırıb. FSB artıq silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR