“Meydan TV məni söydürür, Mehman Hüseynov isə...” – Razi Nurullayevdən AÇIQLAMA

“Meydan TV məni söydürür, Mehman Hüseynov isə...” – Razi Nurullayevdən AÇIQLAMA

"Mehman Hüseynov istədiyi sualı verib istədiyi cavabı alır. Bununla da millət vəkili onun toruna düşür".

 

Bu fikirləri Sfera.az-a videomüsahibə zamanı deputat Razi Nurullayev deyib. Millət vəkili blogger Mehman Hüseynovla hər hansı ciddi məsələni müzakirə etməyin doğru olmadığını bildirib:

 

"O bunu məzə üçün edir, lağlağı üçün edir. Elə bir adama müsahibə verib, ciddi məsələləri onunla danışmağın özü qeyri ciddilikdir. O mənə yaxınlaşsaydı, mənə verdiyi suala uyğun cavab alardı, məni tora sala bilməzdi. Mən onun məntiqindən daha tutarlı məntiqə, biliyə sahibəm. Mehman dediyiniz şəxs mənim tərəf müqabilim ola bilməz. Kürəyinə taxta alıb deyir ki, millət vəkillərinə paz gətirib. O başqa ölkədə olsaydı, onu 10-15 günlük inzibati həbsə atardılar. Amma Azərbaycan cəmiyyəti, millət vəkilləri ona baş qoşmur. Ona adekvat baxmır, dəli kimi görür ".

 

Deputat Meydan TV-yə də müsahibə verməyəcəyini deyib. Parlamentari sözügedən televiziyanı "Şeytan TV" adlandırıb:

 

"Meydan TV çox peşəkar fəaliyyət göstərmək qabiliyyətinə malik media orqanıdır. Amma onlar peşəkar jurnalist etikası ortaya qoymadan dedi-qodu və s. paylaşırlar. Mənim də demədiyim fikirləri adımdan paylaşıb hədəfə gətirirlər, söydürürlər".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...

Yerə asteroid yaxınlaşır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   Sfera.az xəbər verir ki, b...

“Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir - ŞƏRH

Bu gün “Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müq...

Zelenski: "Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır"

Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.   Sfera.az “Reuters“ə i...

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...

Baş nazirin I müavini MDB İqtisadi Şurasının iclasında iştirak etdi

Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.   Sfera.az-ın report-a i...