Toyota 600 000-ə yaxın avtomobili təhlükəli nasazlığa görə geri götürdü

Toyota 600 000-ə yaxın avtomobili təhlükəli nasazlığa görə geri götürdü

“Toyota” 594 min avtomobilini zavod qüsuru səbəbindən geri çağırır. Bəzi avtomobillərdə amortizatorlarda problemlər aşkarlanıb.
 

Sfera.az bildirir ki, “Toyota Motor” Yaponiya Nəqliyyat Nazirliyinə bəzi avtomobillərin geri çağırılması barədə bildiriş təqdim edib. Geri çağırılma 2019-cu ilin dekabrından 2023-cü ilin mayına qədər istehsal olunmuş Yaris, Aqua və Sienta modellərinə aiddir.
 

Yaponiya Nəqliyyat Nazirliyi bu avtomobillərin aşağı amortizator qollarının qismən nasaz olduğunu bildirib. Kobud yollarda sürmək bu hissələrin qırılmasına səbəb ola bilər ki, nəticədə də dayanıqlıq azalır.


İndiyə qədər bu qüsurun qəzaya səbəb olması barədə məlumat verilməyib. Buna baxmayaraq, artıq bu problemlə bağlı 31 nasazlıq qeydə alınıb. Dörd halda isə avtomobil idarə etmək çətinləşib.
 

“Ford” isə yanğın təhlükəsi səbəbindən 125 mindən çox avtomobili geri çağırır.


Toyota bu avtomobillərin dilerlərdə sınaqdan keçiriləcəyini vurğulayıb. Bütün təmir işləri istehsalçının hesabına həyata keçiriləcək.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...

Yerə asteroid yaxınlaşır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   Sfera.az xəbər verir ki, b...

“Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir - ŞƏRH

Bu gün “Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müq...

Zelenski: "Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır"

Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.   Sfera.az “Reuters“ə i...

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...