Hamilə Rihanna şəffaf paltarda fotosessiya etdirdi

Rihanna qarnını göstərmək üçün cəsarətli görünüşlər seçməyi xoşlayır.
Sfera.az bildirir ki, sevgilisi- amerikalı reper A$AP Rokki çıxışı zamanı Rihannanı rəsmi olaraq “arvadım” adlandırdıqdan sonra, müğənni Fransanın Nitsa şəhərindəki Nespo restoranında fotokamera qarşısına keçib.
Rakim Myers Spotify üçün Cannes Lion festivalında çıxış edib. İkinci övladını gözləyən Barbados əsilli sənətçi Rihanna isə altında parlaq alt paltarı olan açıq dekolteli paltarda heyrətamiz görünüb. Ulduz kombinini alçaqdaban sandaletlərlə tamamlayıb.
Rokki isə tünd yaşıl pencək, qara şort və idman ayaqqabısı geyinib. Musiqiçi geyimini parlaq naxışlı xaki papaq ilə tamamlayıb.
A$AP Rocky Spotify Beach partisində çıxış edərkən Rihannanı "həyat yoldaşım" adlandırıb. İkinci seti zamanı o, "Mən bu mahnını lənətə gəlmiş binadakı gözəl həyat yoldaşıma həsr etmək istərdim!"- deyib.
Nə Rihanna, nə də repçinin nümayəndəsi hələ cütlüyün evləndiyini rəsmi təsdiqləməyib. Nişanları ilə bağlı şayiələr sonuncu dəfə 2022-ci ilin mayında ortaya çıxanda Rihanna ondan sol üzük barmağındakı brilyant üzük haqqında soruşan paparassilərə çox qətiyyətlə cavab verib.
Aynil
Sfera.az