Yevlaxda polis əməkdaşı qəzada öldü - FOTO

Yevlaxda polis əməkdaşı qəzada öldü - FOTO

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Yevlax rayonu ərazisində rayon sakini 1988-ci il təvəllüdlü Arif Məhərrəmov "Renault" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun kənarına aşırıb.

 

Nəticədə Arif Məhərrəmov hadisə yerində həyatını itirib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, baş serjant A.Məhərrəmov Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olub.


OXŞAR XƏBƏRLƏR