Hava limanı yaxınlığında maşın yandı

Hava limanı yaxınlığında maşın yandı

İyunun 23-də axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunun vağzalyanı meydanında minik avtomobilində yanğın baş verib.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, yanğın sürətlə yayılmağa başlayıb və yaxındakı avtomobilə keçib.

 

AZAL-ın tabeliyində olan Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun daha da yaxınlıqdaki avtomobillərə keçməsinin qarşısı alınıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR