Fədayə Laçın Azərbaycana buraxılmır? - Özü açıqladı

Fədayə Laçın Azərbaycana buraxılmır? - Özü açıqladı

Uzun müddətdir Rusiyada yaşayan müğənni Fədayə Laçının Azərbaycana gəlməsinə icazə verilmədiyi iddia olunub.

 

Sfera.az xəbər verir ki, o, “Səhər mərkəzi” verilişinə telefonla zəng edərək bu haqda danışıb. Moskvada yaşayan və fəliyyət göstərən Fədayə bildirib ki, ölkəyə gələ bilməməsinin səbəbi toylarının çox olmasıdır:

 

“Efirə çox dəvət alıram. İşlərim toylarla əlaqəli olduğu üçün ürəyim hər dəfə istəyəndə Vətənə gələ bilmirəm. Gələndə də üç–beş gün olur. Bu müddətdə isə çatdırıb verilişlərə gedə bilmirəm. İstəyirəm Vətənə elə gəlim ki, biraz çox qalıb, efirə çıxa bilim. Heç bir küskünlüyüm, incikliyim qətiyyən yoxdur.

 

İzləyicilər elə düşünürlər ki, Azərbaycana gəlməyimə icazə vermirlər, qoymurlar. Amma bu, əsla belə deyil. Əgər elə bir şey olsa, heç efirə belə qoşula bilmərəm. Yəni belə bir şeylər yoxdur. Vətənimdən və hər kəsdən çox razıyam”.

 

Qeyd edək ki, F.Laçın həbs edilib və 2019-cu ilin oktyabrında azadlığa çıxıb. O, azadlığa çıxdıqdan sonra Rusiyaya köçüb, oğlu ilə orada yaşayır.


OXŞAR XƏBƏRLƏR

Pirşağıda dənizdə batan şəxsin meyiti tapılıb

İyulun 18-də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batan 1 n...

Az yaşayan yeganə bürc

Astroloqlar arasında getdikcə daha çox səslənən fikrə görə, bürclər arasında bir bürc var ki, onun nümayəndələri statistik baxımdan digərlərindən daha az yaşayı...

Bəzi yerlərdə leysan olub, şimşək çaxıb - Faktiki hava

İyulun 19-u saat 11:00-a olan faktiki hava açıqlanıb.   Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 19-u saat 11:00-...

Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı

Beyləqanda həkimi şantaj etməklə pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.   Sfera.az “Qafqazinfo”ya istinadla xə...

Rusiya Odessada yaşayış binasını vurdu: Ölən var

Odessada kamikadze dronun çoxmərtəbəli binaya zərbə endirməsi nəticəsində 1 qadın ölüb, binada yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə...

Misir Mərdanov Paşinyanın əmisini tanıyır: "Onun əsli bizim rayondandır"

“Hadisələrin axarı bizim ürəyimizcədir. Cənab Prezident bu işi elə ustalıqla aparır ki, kənardan baxanda heyran olmaya bilmirsən. Bu gün Azərbaycan əsas s...