Neftçalanın icra başçısı döyülüb? – RƏSMİ CAVAB

Neftçalanın icra başçısı döyülüb? – RƏSMİ CAVAB

Sosial şəbəkələrdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun döyüldüyü haqqında xəbərlər dolaşır.

 

Yayılan məlumatda iddia edilir ki, rayonun Bankə qəsəbəsində vətəndaşlarla səyyar görüşə qatılan Zaur adlı kənd sakini icra başçısı Mirhəsən Seyidova "biz acından ölürük, siz fotosessiya etməklə məşğul olursunuz" deyib. Daha sonra isə onun başçını vurduğu bildirilir.

 

Sfera.az məlumatı dəqiqləşdirmək üçün Neftçala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Dövlət qurumu yayılan məlumatları təsdiqləməyib.

 

“Elə bir şey yoxdur. Hazırda hamı tədbirdədir”, - icra hakimiyyətinin əməkdaşı bildirib.

 

Qeyd edək ki, Mirhəsən Mirheydər oğlu Seyidov 2020-ci il 5 mart tarixindən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərir.

 

Orxan


OXŞAR XƏBƏRLƏR