“İcra başçısı hara baxırdı?” – Deputat Gədəbəy hadisələrində kimləri günahlandırdı?

“İcra başçısı hara baxırdı?” – Deputat Gədəbəy hadisələrində kimləri günahlandırdı?

“Gədəbəyin RİH başçısı maaşını alan Orxan Mürsəlovun hadisədən öncədən xəbəri yox idi? Kənd icra nümayəndəsi, bələdiyyə sədri belə bir aksiyanın hazırlanmasını hiss etmirdimi?".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında deputat  Aqil Abbas deyib. Millət vəkili eyni zamanda bu hadisədə FETÖ-çuların əli olduğunu qeyd  edib:

 

"Onların işi nədən ibarətdir? Məgər onlar hiss etmirdilərmi ki, belə bir aksiya hazırlanır. Kimsə Moskvadan hüzür məclisinə gəlir, aksiya təşkil edir, amma yerli hakimiyyət orqanlaır bunu görmür? Onlar meydanı boş gördüklərindən belə bir aksiyanı hazırlaya biliblər. Polis dövlətin bel sütünudur. Polisi nüfuzdan salmaq  dövlətin bel sütünunu qırmaq demədkir. Odur ki, məsələni dərindən düşünmək lazımdır və kimlərin törətdiyini müəyəyn etmək lazımdır".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR