Paşinyan bu dəfə devriləcək?: “Sülh müqaviləsi imzalanana qədər...”

Paşinyan bu dəfə devriləcək?: “Sülh müqaviləsi imzalanana qədər...”

Ermənistanda “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan xalqı Baş nazir Nikol Paşinyanı devirməyə çağırıb. O, müxalifətin “küçə döyüşləri"nə hazırlaşdığını bildirib.

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Paşinyanın Azərbaycanla ehtimal edilən sülh müqaviləsi, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin açılamasına dair səsləndirdiyi loyal bəyanatlar ölkə daxilində mövcud iqtidar əleyhinə narazılığı artırır: 

 

“Mamicyanın bəyanatı Paşinyanın parlamentin 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında çıxışından sonraya təsadüf etdi. Bu, heç də təsadüf deyil. Baş nazirin xüsusilə Şuşanın Azərbaycana aid olması ilə bağlı səsləndirdiyi fikirlər, həmçinin onun keçmiş hakimiyyəti tənqid etməsi daxildəki müxalifləri qıcıqlandırmaya bilməzdi. Müxalifət başa düşür ki, belə davam etsə,  Paşinyanı “dayandırmaq mümkün olmayacaq”. Onun haqqında tez- tez "satqın" ifadəsinin işlədilməsi də məhz bu kontekstdən qiymətləndirməlidir. Sülh müqaviləsi ehtimalı yaxınlaşdıqca daxildəki müxalif kəsimin fəallaşması gözləniləndir. Onlar sülh müqaviləsi imzalanmadan Paşinyanla "haqq- hesabı çürütmək" istəyirlər”.

 

Ekspert bildirib ki, Paşinyanın hakimiyyətdən getməsi hazırda nə bizə, nə regiondakı digər "oyunçulara" sərf edir:

 

“Gələcəkdə Ermənistan hakimiyyətinə qarşı etirazların güclənməsi, o cümlədən aksiyaların başlanması mümkündür. Amma bunun Paşinyanın devrilməsi ilə nəticələnəcəyini düşünmürəm. Nəzərə almaq lazımdır ki, əvvəllər də Ermənistanda oxşar hadisələr olub, amma onlar nəticəsiz qalıb. Onu da unutmamalıyıq ki, Paşinyan məğlub olduğu halda yenidən baş nazir seçilən nadir siyasətçilərdəndir. Bu isə o deməkdir ki, mövcud iqtisadi siyasəti dəstəkləyən xarici qüvvələr var. Fikrimcə, bütün təzyiqlərə baxmayaraq, Paşinyan regiondakı əsas düyünlər açılana kimi hakimiyyətdə qalmağı bacaracaq”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...

Yerə asteroid yaxınlaşır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   Sfera.az xəbər verir ki, b...