“Bayden bunu ilk gündən bilirdi, ancaq gizlətdi" - ABŞ kəşfiyyatçısı

“Bayden bunu ilk gündən bilirdi, ancaq gizlətdi

“Bayden həqiqəti gizlədib”.

 

Sfera.az bildirir ki, bunu ABŞ dəniz kəşfiyyatının veteranı Cek Posobets “Titan” gəmisi ilə bağlı danışarkən deyib.

 

“ABŞ Hərbi Dəniz Qüvvələri bazar günü “Titan” sualtı gəmisinin partlamasını qeydə alsa da, Bayden bu xəbəri gizlətdi. O, həmin gündən bəri  həlak olan ekipaj üzvləri ilə bağlı həqiqəti demir”, - Cek Posobets “Twitter” hesabında yazıb.

 

O, ABŞ prezidentini həqiqətləri qurbanların ailələrindən gizlətməkdə və ictimaiyyətə yanlış məlumat verməkdə ittiham edib.

 

Qeyd edək ki,  turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında itib. Sualtı qayığın göyərtəsində 5 nəfər olub. Məlumata görə, 3,8 min metr dərinlikdə olan qalıqlara turistlərin çatdırılması “OceanGate Expedition” şirkəti tərəfindən həyata keçirilir. Onun internet saytında yeddi günlük 250 000 dollarlıq səyahət reklamı verilir. Şirkət sonuncu dəfə iyunun 16-da davam edən ekspedisiya haqqında tvit paylaşıb.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...